H.ZTağıyevin viran qalan malikanəsi – VİDEO

H.ZTağıyevin viran qalan malikanəsi –


Azərbaycanın tanınmış milyonçusu Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı bağ evi hazırda yararsız vəziyyətdədir.

Gundeminfo.az xəbər verir ki, H.Z.Tağıyev ömrünün son illərini bu evdə keçirib. O bu evdə yaşadığı vaxtlarda istirahət üçün hərdən həyətdəki böyük hovuzun ətrafında gəzərmiş. 1941-1945-ci illərdə milyonçunun bağ evi təxliyə hospitalı kimi fəaliyyət göstərib. Buradan dənizə mənzərə açıldığından xəstələr vaxtlarının böyük hissəsini dəhlizdə keçirərmiş.

Vaxtı ilə Tağıyevin atlarının saxlandığı tövlə isə hazırda təmir olunaraq 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin balansına verilib.

Azadlıq Radiosu-na istinadla görüntüləri təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...