Lavrov jurnalistlərə pizza və araq verdi - FOTOLAR

Lavrov jurnalistlərə pizza və araq verdi -


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün ABŞ-la Suriya üzrə danışıqlarıın başa çatmasını gözləyən jurnalistlərə sürpriz edib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, XİN rəhbəri onları saatlarla gözləyən jurnalistlərə bir neçə qutu pizza gətirib. Nazirin bu hədiyyəsi KİV nümayəndələri tərəfindən alqışla qarşılanıb. Jurnalistlərdən biri zarafatca nazirdən “Bəs araq hanı?” deyə soruşub.

Bir müddət sonra Lavrov əlində araq şüşəsi ilə jurnalistlərin olduğu zala daxil olub və ondan arağı kimin istədəyini soruşub. Nazir jurnalistə iki araq şüşəsi verib.

“Pizza ABŞ, araq isə Rusiya nümayəndə heyətindəndir”, - deyə Lavrov zarafatca söyləyib.

Qeyd edək ki, Lavrov – Kerri danışıqları 13 saatdan çox davam edib.


Lavrov jurnalistlərə pizza və araq verdi -
Lavrov jurnalistlərə pizza və araq verdi -
Lavrov jurnalistlərə pizza və araq verdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...