Konstitusiyaya təklif edilən dəyişikliklər: 25-ci maddə (VİDEO)

Konstitusiyaya təklif edilən dəyişikliklər:


Gundeminfo.az xəbər verir ki, azVision.az Konstitusiyamıza təklif edilən dəyişikliklər və onların niyə lazım olmasını maddələr üzrə şərh etməkdə davam edir. Materialı təqdim edirik:

Azərbaycan Respublikasının Konstitusiyasının hazırda qüvvədə olan 24-cü maddəsi belədir:


III. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Təklif edilən dəyişiklik budur:

III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
VI. Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

Bəs bu dəyişiklik nə üçün lazımdır?

25-ci maddənin III hissəsində “milliyyətində” və “milli” sözlərinin “etnik” sözü ilə əvəz edilməsi “milli” terminin beynəlxalq hüquqda başqa mənada işlədilməsindən irəli gəlir. Beynəlxalq hüquqda “millət” dövlət şəklində təşkilatlanmış xalq deməkdir. Məhz bu mənada anlayış Birləşmiş Millətlər Təşkilatının adında istifadə edilir.

Əlavə edilən VI bənd isə fiziki və əqli qüsurları olan şəxslərin hüquqlarının qorunmasının Konstitusiya səviyyəsində təsbit olunması deməkdir. Bu, onların cəmiyyətə inteqrasiyalarında və tam dolğun həyat yaşamalarında irəliyə doğru atılmış ciddi bir addım olacaq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...