FETÖ-nun daha bir sirri üzə çıxdı – Gizli şura

FETÖ-nun daha bir sirri üzə çıxdı –


Bir vaxtlar Türkiyə Polis Akademiyasında çalışan Nihad Dəmirbükən FETÖ-nun təhlükəsizlik orqanlarında təşkilatlanması ilə bağlı yeni sirri açıb.

Axar.az xəbər verir ki, o, akademiyada FETÖ üzvü olmayan müəllimlərin kursantlardan uzaq tutulduğunu deyib. Dəmirbükən Gülənin tapşırığına əsasən, kursantlarla yalnız FETÖ-çu müəllimlərin məşğul olduğunu bildirib:


“FETÖ üzvü olmayan müəllimlərin, yüksək rütbəli polislərin kursantlarla ünsiyyətə girməsinin, onlara dərs keçməsinin qarşısını alırdılar. Onların fikir, düşüncə və ideologiyaları, həmçinin şəxsi həyatlarındakı yanlışlıqlarını öyrənirdilər. Bundan başqa, FETÖ 5 nəfərdən ibarət paralel şura da yaratmışdı. Şuranın toplantılarında camaat üzvü olan polislərin hansı bölgələrə təyin olunması məsələsi müzakirə edilirdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...