Siyavuş Novruzov YAP-ın taktikasını niyə AÇIQLAMIR?

Siyavuş Novruzov YAP-ın taktikasını niyə


Biz vətəndaşları referenduma dəvət edirik. Gəlib iştirak etsinlər. Bilik Fondu ilə birlikdə kitabça buraxmışıq. Yeni Azərbaycan Partiyasının Referendumla bağlı taktikası var”.

Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O, YAP-ın referendumla bağlı taktikasının nə olduğunu isə açıqlamayıb.
“Hələ ki, biz onu açıqlaya bilmərik. Çünki referenduma hələ var. Adətən yenilikləri təbliğat-təşviqat kampaniyasının son günlərində açıqlayırıq. Referendum qabağı YAP-ın yeniliklərdən ibarət taktikasının şahidi olacaqsınız.

YAP hər zaman seçkilərə əvvəldən axıra qədər hazırlaşır. Dünyanın inkişaf etmiş ölkələrinin taktika strategiyası ilə yanaşı, Azərbaycanın milli xüsusiyyətlərini nəzərə almaqla yeni texnologiyalar tətbiq edir. Bu dəfə də yeniliklər olacaq”.

Qeyd edək ki, sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...