Əli Kərimlinin və Bako Saakyanın oğlu Azərbaycana qarşı - FOTOLAR

Əli Kərimlinin və Bako Saakyanın oğlu Azərbaycana qarşı -


Ötən gün ABŞ Konqresinin Tom Lantos insan haqları komissiyasında Azərbaycana dair keçirilən dinləmələrdə Dövlət Departamentinin nümayəndəsi iştirak etməyib.

Virtualaz.org-a bu barədə ABŞ-ın Bakıdakı səfirliyinə yaxın mənbələrdən məlum olub. Belə görünür ki, Dövlət Departamenti bu dinləmələrin Azərbaycanla münasibətləri korlayacağını nəzərə alıb və ora öz nümayəndəsini göndərməyib.

Məlumata görə dinləmələrdə habelə konqresmenlərin çoxu iştrak etməyib, təkcə ermənipərəst konqresmen Ceyms Makqoveren dinləmələrə qatılıb.

Əli Kərimlinin və Bako Saakyanın oğlu Azərbaycana qarşı -


Azərbaycana qarşı dinləmələrdə Bakıdan jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç iştirak ediblər.
Əli Kərimlinin və Bako Saakyanın oğlu Azərbaycana qarşı -

Dinləmələrdən yayılmış fotolardan görünür ki, zalda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın oğlu Armen Saakyan da var. Armen Saakyan Amerika Erməni Milli Konqresinin fəallarından biridir və Birləşmiş Ştatlarda “DQR”in tanınmasına dair kampaniyanın fəal iştirakçısıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...