AKP-çi bələdiyyə sədri də həbs edildi - FETO işi

AKP-çi bələdiyyə sədri də həbs edildi -


Türkiyənin Rize əyalətinin Rize Çayeli rayonunun Böyükköy bələdiyyəsi sədrliyindən istefa verən Mustafa Külünkoğlu Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinərək həbs edilib.

Report xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüdür. Məlumata görə, M.Külünkoğlu Fətullah Gülənə yaxınlığı ilə tanınır və Rize Sənayeçi İş Adamları Dərnəyinə də bir müddət sədrlik edib. O, iki il yarım əvvəl bələdiyyə sədri seçilib və 10 gün əvvəl istefa verib. Məlumata görə, M.Külünkoğlunun istintaqı davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...