Ceyhun Osmanlının “intellektual” qohumu

Ceyhun Osmanlının “intellektual” qohumu


Bəlkə də sabiq millət vəkili Ceyhun Osmanlını unudub onun fəal olduğu dövrdə barəsində səsləndirilən ittihamlara qayıtmamaq da olardı.

Əslində, indi də belə bir fikrimiz yoxdur. Ancaq o, arabir mətbuata çıxır və sanki “qarğa məndə qoz var” deyir. Ciddi cəhdlə Gülən şəbəkəsi və FÖTO ilə əlaqələrini inkar etməyə çalışır, hakimiyyət həmişə sədaqətlə xidmət etdiyini bildirir. Budun da düz və ya yalan olduğunu araşdırmaq istəmirik, çünki artıq məsələ ilə bağlı kifayət qədər yazılıb və artıq aydındır.

Amma C. Osmanlı ölkə.az saytına müsahibəsində yenidən özünü bataqlığa çəkir. O, bir tərəfdən FÖTO-çu olmadığını deyir, onu bu şəbəkəyə aid edənləri günahlandırır, digər tərəfdən də jurnalistin “Sizcə Fətullah Gülən Türkiyə dövlətinin dediyi kimi terrorçudurmu?” sualına birmənalı şəkildə cavab verməkdən yayınaraq, “Əgər Ramil Usubov deyirsə, deməli elədir” deyə ikibaşlı, haradasa ironik cavab verir. Yəni deyir ki, “dövlətin mövqeyi necədirsə, mənim də mövqeyim elədir”. Ya da demək istəyir ki, “Hocam, bunu mən demirəm ha, Ramil Usubov - Azərbaycanın daxili işlər naziri deyir”. Baxın, artıq neçənci müsahibədir ki, C.Osmanlıya eyni sual verilir və hər dəfə o, bu suala birmənalı cavab verməkdən yayınır. Niyə? Bu barədə çox yazılıb.

Eyni zamanda diqqət çəkən məqamlardan biri C.Osmanlının Sevinc Osmanqızı haqqında ağız dolusu danışması, onu yerə-göyə sığışdıra biməməsidir. Sitat “ Səmimi deyim ki, Sevinc Osmanqızı mənim yoldaşımın xalasıdır. Sevinc Osmanqızı 19-20 yaşından “BBC” teleradio kampaniyasında çalışan, dünyanı gəzən intellektual səviyyəli adamdır. Onun atası rəhmətlik Osman Mirzəyev də Azərbaycanın görkəmli şəxslərindən biri olub. Yəni, bu ailənin keçmişi hamıya məlumdur. Eyni zamanda bu ailəyə qiymət verəcək adam nə Ceyhun Osmanlı, nə də hər hansı sayt deyil. Bu ailəyə qiyməti dövlət və tarix özü verib.”

Hakimiyyətə sədaqətindən gen-bol danışan keçmiş deputatın bu fikriən azından çox qəribədir. Axı sosial şəbəkələrdən də bilirik ki, S.Osmanqızı son zamanlar Heydər Əliyevin Qurduğu bu dövləti, Prezident İlham Əliyevin siyasətini hədəfə götürüb. Gəlin Ceyhun Osmanlının yoldaşının xalasının, eyni zamanda onun təsvir etdiyi kimi dünyanı gəzən intellektualın, səviyyəli bir adamın - Sevinc Osmanqızının Facebook səhifəsinə göz yetirək. Sentyabrın 16-sı “çox səviyyəli” Sevinc Osmanqızı özünün Facebook səhifəsində Azərbaycanı Ermənistanla müqayisə edir və hər hansı bir erməninin mövqeyindən fərqli olmayan mövqe nümayiş etdirir.

Ceyhun Osmanlının “intellektual” qohumu


Biz nahaq yerə Ceyhun Osmanlının yoldaşının xalası Sevinc Osmanqızını ermənilərlə müqayisə etmirik. Azərbaycan dövlətinə qarşı düşmən mövqeyi ilə seçilən “xala” “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edir, istənilən platformada ermənilərlə həmrəylik nümayiş etdirir. Məsələn sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın iştirakı və Amerika erməni diasporunun təşkilatçılığı ilə keçirilən dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimlinin də ermənilərlə bərabər Azərbaycanı tənqid etməsi “İntellektual və səviyyəli xala”nın canına yağ kimi yayılır.

Ceyhun Osmanlının “intellektual” qohumu


Yuxarıda bəhs etdiyimiz dinləmələrdən bir gün öncə Ceyhun Osmanlının yoldaşının “intellektual və səviyyəli xalası” Azərbaycanı cəza koloniyası adlandırır.

Ceyhun Osmanlının “intellektual” qohumu


Bunu da qeyd etməliyik ki, “xala” eyni zamanda Amerikada Ceyhunun danışan ağzıdır. Məlum səbəblərə görə Ceyhun Osmanlı FETÖ-nu açıq-aşkar müdafiə edə bilməsə də Sevinc Osmanqızı fədakarcasına bu missiyanı yerinə yetirir.

Ceyhun Osmanlının “intellektual” qohumu


Qəribə paradoks yaranır. Ceyhun Osmanlı Azərbaycan dövlətinə, onun prezidentinə sədaqətdən dəm vurur, “səviyyəli və intellektual” deyə xarakterizə etdiyi qohumu isə ölkəni “cəza koloniyası” adlandırır. Hər halda, C.Osmanlıya bir daha xatırlatmaq yerinə düşər ki, “şüşəli evdə oturub ona-buna daş atmaq” heç də uğurlu pozisiya deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...