Azərbaycan prezidenti Mingəçevirdə səfərdədir

Azərbaycan prezidenti Mingəçevirdə səfərdədir


Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, Heydər Əliyevin adını daşıyan parkın ərazisi 3 hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...