'Akkord Beton'un rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

'Akkord Beton'un rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb


"Akkord Beton" MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb. "APA-Economics" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda deyilir.

Bildirilir ki, "Akkord Beton" MMC vergi borcu olan vergi ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U. Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Vergi ödəyicisinin borcu açıqlanmayıb. Qeyd edək ki, "Akkord Beton" MMC "Akkord" korporasiyasının törəmə müəssisəsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...