“Gülən ABŞ-dan qaçacaq” - Türkiyə Ədliyyə naziri

“Gülən ABŞ-dan qaçacaq” -


“Fətulla Gülənin ABŞ-dan qaçacağı ilə bağlı kəşfiyyat xarakterli məlumat var”.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Nyu-Yorkda jurnalistlərlə görüşü zamanı deyib. Nazirin sözlərinə görə, Fətulla Gülənin ekstradisiyası ilə yanaşı, müvəqqəti həbs edilməsi də tələb edilib. B. Bozdağ “Fətulla Gülənin qaçmaq üçün bir yol axtardığına dair məlumatlar almışıq. FETÖ üzvləri bəzi ölkələrdə uyğun yerlər axtarırlar. Buna dair məlumatlar alırıq. Biz bunları ABŞ-ın səlahiyyətli orqanlarına da bildirdik. Ona görə də Gülənin həbs olunmasını tələb etdik”,- deyə açıqlama verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...