Azərbaycanın nə qədər dollar ehtiyatı qalıb? – FAKTLAR

Azərbaycanın nə qədər dollar ehtiyatı qalıb? –


2016-cı ildə ümumilikdə valyuta hərracı vasitəsilə təxminən 4,6 milyard dollar satılıb. Bunun təxminən 3,8 milyard dolları Neft Fondu, 833 milyon dolları Mərkəzi Bank tərəfindən satılıb. Sentyabr ayında valyuta hərracında 614,4 milyon dollar yaxın dollar satılıb ki, bu da yanvardan sonra ən yüksək göstəricidir. Ən az satış isə aprel ayında olmuşdu – 263 milyon dollar. Qeyd edək ki, Sentyabr ayında valyuta satışının çox olması, Dolların qalxmasına müdaxilə etmək məqsədilə təklifin artırılması ilə əlaqədardır.

Dövlət Neft Fondu bu il Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer və digər öz xərcləri ilə birlikdə 8 milyard manata (təxminən 4,9 milyard dollar) yaxındır. Qeyd etdiyimiz kimi, ilin əvəlindən bugünədək keçən müddət ərzində Neft Fondu 3,8 milyard dollar satıb. Beləliklə, ARDNF dövlət büdcəsinə transfer və digər öz xərcləri üzrə, ilin qalan dövründə təxminən 1,1 milyard dollar sata bilər.

Bankların dollara aylıq orta tələbinin təxminən 550 milyon dollar olduğunu nəzərə alsaq, il sonuna qədər ARDNF-in satış üçün nəzərdə tutduğu vəsaitinin bankların tələbini ödəməyə kifayət edəcəyini qeyd edə bilərik. Bankların tələbi bir qədər də aşağı ola bilər. Mərkəzi Bankın da ehtiyatları qeyd edilməlidir. Avqust ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları isə 4 milyard 192,5 milyon dollar təşkil edib. Mərkəzi Bank ehtiyatlarını qorumağa çalışır.(Marja)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...