İlham Əliyev ASAN-dan sonra yeni layihə başlayır: ABAD

İlham Əliyev ASAN-dan sonra yeni layihə başlayır:


Azərbaycan Prezidenti İlham Əliyevin Masallıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") "ASAN həyat" kompleks xidmətləri açmasından heç iyirmi gün də keçməyib. Və budur, dövlət başçısı artıq “ASAN xidmət”in tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılması haqqında fərman imzalayıb.

Biz hələ ayın başlanğıcında qeyd etmişdik ki, dövlət başçısı öz ideya məhsulu olan və məqsədi yalnız dövlət xidmətlərinin sadələşdirilməsi yox, həm də vətəndaşların həyatının yaxşılaşdırılması olan ASAN-ın sonrakı inkişafının ikinci mərhələsinə ("ASAN xidmət" yüngül xidməti, "ASAN həyat" isə yüngül həyatı nəzərdə tutur) başlayır.

Və onda belə bir əminliyimizi də ifadə etmişdik ki, yaxın vaxtlarda “ASAN xidmət” öz fəaliyyət sferasını daha da genişləndirəcək.

Elə də oldu. İndi ictimai hüquqi şəxs– ABAD (Ailə Biznesinə Asan Dəstək) və ya ailə biznesinə sadələşdirilmiş dəstək Mərkəzi yaradılır. Biz hələ Masallı kompleksində əhaliyə, başqa xidmətlərlə yanaşı, "ASAN həyat"ın yeni layihəsinə - "ABAD - ASAN"a xüsusi diqqət yönəltməyi təklif edirdik. Elə onda qeyd edirdik ki, bu layihə ailə biznesinə dəstəyi və onun formalaşmasını, bu təsərrüfatlar vasitəsi ilə məhsul istehsalını, həmçinin xidmətlərin və brendləşdirmənin göstərilməsini, istehsalın və keyfiyyətli malların istehlakının dəstəklənməsini – hamısı da innovasiya metodlarının tətbiqi ilə - nəzərdə tutur.

"ABAD" Mərkəzinin əsas məqsədi - regionların ictimai-iqtisadi inkişafına dəstək, ailə biznesində müasir texnologiyaların tətbiqinə təminat vermək və ailə markalarının formalaşmasına kömək göstərməkdir. Bu layihə ailə bizneslərinin dünya səviyyəsində rəqabət aparmaq bacarıqlarının əsasını qoyacaq. Müxtəlif istehsal sahələri üzrə seçilmiş ailələr üçün əvvəlcə avadanlıqdan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlığı, çəkilib bükülmə və dizayn, eləcə də malların bazara çatdırılması üzrə təlimlər keçiriləcək.

Əslində isə "ABAD"ın fəaliyyət sferası daha genişdir.

Prezident fərmanında deyilir ki, məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

“ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçiriləcək:

İlham Əliyev ASAN-dan sonra yeni layihə başlayır:


- ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;

- “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması.

Bu da hamısı deyil. Mərkəz həm də ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsini; istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada - “bir pəncərə” prinsipi əsasında təşkilini, eləcə də istehsal olunan məhsulun daşınması və satışı üçün şəraitin yaradılmasını; istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsini, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsini, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırmanı; layihə çərçivəsində nəzarət və qiymətləndirmənin aparılmasını; istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkilini də nəzərdə tutur.

Beləliklə, "ABAD" mərkəzləri ölkənin ictimai-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına imkan yaradan ictimai yönümlü layihələri yerinə yetirəcək, əhalinin məşğulluğunun və rəqabətə davamlı ailə təsərrüfatının formalaşmasına yardım göstərəcəklər…

İlham Əliyev ASAN-dan sonra yeni layihə başlayır:


Sual yarana bilər: niyə dövlət birdən sahibkarlara bu qədər diqqət və xidmət göstərməyə qərar verdi, həm də yalnız xırda və orta təsərrüfatlara? Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə əhalinin çox hissəsi məhz kiçik və orta müəssisələrdə çalışır. Və onlar dövlətdən böyük diqqət və müəyyən dəstək tələb edirlər. Eyni zamanda müasir dünyada məhz xırda təsərrüfatlar üçün tez-tez dəyişən yeni texnikanı və texnologiyanı izləmək, nəql etməni və öz mallarının satışını təşkil etmək çətindir.

Hələ onu demirik ki, biznes planların hazırlığı, marketinqi, brendinqi və dizaynı, maliyyə-mühasibat xidmətləri nə qədər vaxt aparır. Bilavasitə istehsalla və ya xidmətlərlə məşğul olan az sayda insanlar nə qədər bacarıqlı olsalar da və ya nə qədər çalışsalar da gündən-günə tələbatın daha da artdığı həmin işlərin öhdəsindən tam gələ bilmirlər.

Və belədə dövlət onlara yardıma gəlir. Müxtəlif ölkələrdə bu kömək müxtəlif formalarda və miqyaslarda həyata keçirilir. Maliyyə köməyi göstərilir, vergi fasilələri və məsləhətləri verilir.

Azərbaycan öz yolu ilə getdi. Əlbəttə, sadalanan formalardan bir çoxu bizdə də tətbiq edilirdi. Amma Prezident İlham Əliyev bütün bunları bir mərkəzdə - "ABAD"da cəmləməyə qərar verdi.
İlham Əliyev ASAN-dan sonra yeni layihə başlayır:

Dövlət başçısı sahibkarlar qarşısında yaradılan bütün süni və bürokratik əngəllərdən xəbərdardır, ona görə də onlardan bir zərbə ilə qurtarmağa qərar verdi. Və düşünürük ki, bu, vətəndaşlarımızın qısa vaxt ərzində tam etibarını qazanmış "ASAN xidmət”in fəaliyyətinin Azərbaycan şəraitində təsdiq edilmiş bütün təcrübəsi ilə, ən doğru qərardır.

Prezident İlham Əliyevin bu xidmətə xüsusi ümidləri bəslədiyini onun bu günlərdə "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı üzrə bəzi tədbirlər, o cümlədən işçilərinin və könüllülərinin dəstəklənməsi haqqında imzaladığı sərəncam bir daha təsdiq edir. Deməli, ölkəmizin gələcəyi "ASAN xidmət”lə bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...