Gələn il ARDNF-dən dövlət büdcəsinə transfert 1,5 milyard manat azalacaq

Gələn il ARDNF-dən dövlət büdcəsinə transfert 1,5 milyard manat azalacaq


"Gələn il Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq".

"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Söhbət təxminən 1,5 milyard manat həcmində azalmadan gedir. Söhbət əhəmiyyətli dərəcədə azalmadan gedir. Bu, onu göstərir ki, dövlət başçısının verdiyi müvafiq tapşırıqlar icra olunur. Yəni biz fondun vəsaitlərindən daha az istifadə edərək, digər mənbələrdən əldə olunan vəsaitlərə müraciət etməliyik. Bunu nəzərə alaraq, gələn il gömrük və vergi daxilolmalarının artması nəzərdə tutulub. Düzdür, vergi daxilolmalarından artım o qədər də böyük deyil", - deyə nazir qeyd edib.

S. Şərifov əlavə edib ki, gələn il dövlətin xarici öhdəliklərinin yerinə yetirilməsində heç bir problem olmayacaq: "Söhbət həm dövlət borcu ilə bağlı öhdəliklərimizdən, həm də xarici təşkilatlara üzvlük haqlarımızla bağlı öhdəliklərdən gedir. Bundan başqa, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin saxlanılmasına ayrılan vəsaitlər də vaxtında ödəniləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...