Bəylə gəlin səsvermədə: Gəncədə və Şəkidə maraqlı hadisə - FOTO+VİDEO

Bəylə gəlin səsvermədə: Gəncədə və Şəkidə maraqlı hadisə -


Şəkidə 115 saylı dairə-seçki komissiyasının 6 saylı məntəqəsində maraqlı hadisə yaşanıb: Bəy və gəlin səsvermədə iştirak ediblər.

Bəylə gəlin səsvermədə: Gəncədə və Şəkidə maraqlı hadisə -


Baxmayaraq ki, onlar üçün həyatlarının ən əlamətdar günlərindən biridir, ancaq ölkə üçün əhəmiyyət kəsb edən referendum səsverməsindən kənarda qalmayaraq, əvvəlcə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər.

Bəylə gəlin səsvermədə: Gəncədə və Şəkidə maraqlı hadisə -


Daha sonra bəylə gəlin seçki məntəqəsindən birbaşa şadlıq sarayına yola düşüblər (ARB TV).


* * *
Bəylə gəlin səsvermədə: Gəncədə və Şəkidə maraqlı hadisə -

Oxşar hadisə Gəncədə də baş verib. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsinin 15 saylı məntəqəsində Xaliq Aydınlı və Təhminə Səmadzadənin toy günü Referendum gününə təsadüf etdiyindən, gənclər bəy-gəlin libasında seçki məntəqəsinə gəliblər və Konstitusiya islahatlarına səs veriblər.

Bəylə gəlin səsvermədə: Gəncədə və Şəkidə maraqlı hadisə -


Xaliq Aydınlı bildirib ki, 26 sentyabr bizim həyatımıza əbədi həkk olunacaq: `Çünki bu gün bizim həyatımızın uğur başlanğıcıdır.Biz xoşbəxt olacağımıza inanırıq və bu xoşbəxtliyə, gözəl gələcəyimizə səs veririk`.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...