Öldürülən güləşçimizin adı İstanbul terrorunda: kamikadze hazırlayıbmış

Öldürülən güləşçimizin adı İstanbul terrorunda:


Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayevin İŞİD sıralarına cəlb edib, kamikadze kimi yetişdirdiyi qızlardan birinin adı məlum olub.

Məlumatına görə, bu ilin yanvar ayında İstanbulda Sultan Əhməd məscidi qarşısında törədilmiş və 11 alman turistin ölümü, 15 nəfərin isə yaralanması ilə nəticələnmiş dəhşətli terror aktının icraçısı Diana Ramazanovanı da Çamsulvara Çamsulvarayev İŞİD-ə cəlb edib hazırlayıbmış.

Məlumata görə, 19 yaşlı Diana Ramazanova İnternetdə Türkiyədə yaşayan İdris adlı bir nəfərlə tanış olub. O, valideynləri ilə məsləhətləşmədən Türkiyəyə, İdrisin yanına gedib, burada isə Çamsulvarayevin qayınanası Gülnarə Rüstəmova ilə tanış olub. Həmin vaxt Çamsulvarayev də Suriyadan müvəqqəti olaraq Türkiyəyə qayıdıbmış. Məhz Çamsulvarayevin təsiri altına düşən 19 yaşlı qız "canlı bomba” olaraq Sultan Əhməd yaxınlığında terroru həyat keçiribmiş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...