Abşeronda icra hakimiyyəti evləri sökür - FOTOLAR

Abşeronda icra hakimiyyəti evləri sökür -


Abşeron rayon Saray qəsəbəsinin kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış üçün aparılan tikililər sökülür
Yerli icra hakimiyyətinin icazəsi ilə ev tikdiyini iddia edən sahibkar İslam Şükürov bildirib ki, bu qurumun Memarlıq və tikinti şöbəsinin göstərişi ilə tikililəri sökülüb.

“Saray qəsəbəsində Bəhruz Nağıyevin adın olan 18 sot torpaq sahəsində yaşayış evi tikdik. Bunun üçün icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin Elmir və Tural adlı əməkdaşlarına 4050 manat məbləğində “hörmət” etdik. Bir müddət sonra evin ətrafında köməkçi tikili üçün işlər apardıq. Köməkçi tikililərə görə “hörmət” edilmədiyi üçün “kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış üçün tikinti aparmaq qanunsuzdur” adı ilə əraziyə ağır texnika gətirilib. Polisin gözü qarşısında burda işləyən şəxslərə təzyiq göstərilib, mobil telefonları əllərindən alınıb və köməkçi tikililər sökülübdür. Nəticədə mənə 11 manat dəyərində zərər dəyib. Kim pul verirsə, kənd təsərrüfatı təyinatlı torpaqda tikinti işinin aparılmasına icazə verirlər. Şübhəsi olan varsa, gəlib gözü ilə görə bilər. Burada olan tikililərin heç birinin mülkiyyət kağızı yoxdur”,-deyə İ.Şükürov bildirir.

Abşeronda icra hakimiyyəti evləri sökür -
Abşeronda icra hakimiyyəti evləri sökür -


Sahibkar İslam Şükürovun şikayəti əsasında Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin (+994 12) 342-11-14 telefon nömrəsinə etdiyimiz zənglər cavabsız qaldı.

Şikayətdə adı keçən şöbənin Tural adlı əməkdaşı ilə əlaqə saxladıq. O soyadını deməkdən imtina edərək “mənə qarşı olan ittihamlar həqiqəti əks etdirmir” deyərək telefonunu söndürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...