"Səba" da böhran - ixtisarlar aparıldı

"Səba" da böhran -


«Səba» ASC 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib. Bu barədə Turan-a şirkətin adının çəkilməsini istəməyən əmakdaşı bildirib. Onun sözlərinə görə, oktyabın 1-də iclas keçirilib və elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır. Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb. Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov agentlikdən dəfələrlə edilən zənglərə cavab verməyib.

Yeri gəlmişkən, agentlik «Səba» ASC-də gözlənilən ixtisarlar barədə hələ sentyabrda yazmışdı. Amma o vaxt Fuad Ələkbərov informasiyanı təkzib etmiş və bu xəbəri fitnəkarlıq adlandırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...