ABŞ-ın Türkiyəni Mosuldan kənarda saxlamaq cəhdləri - Bu günə kimi hansı addımlar atıldı?

ABŞ-ın Türkiyəni Mosuldan kənarda saxlamaq cəhdləri -


Ankaranın “Fərat Qalxanı” əməliyyatı ilə Suriyadakı oyunu pozmasından sonra ABŞ, İran və İraq Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq üçün hər yola əl atır. Avropa.info xəbər verir ki, ABŞ, İran və İraq etnik və məzhəb qarşıdurması təhlükəsinə diqqəti çəkərək Mosul əməliyyatında iştirak etmək istəyən rəsmi Ankaranı diplomatik oyunlar və qondarma fətvalarla oyundan kənarda saxlamağa çalışır.

Mosulun İŞİD-dən təmizlənməsi məqsədilə keçiriləcək əməliyyat öncəsi ilk addımı İraq parlamenti atıb. ABŞ və İran əsgərinin bazalar ilə var olduğu İraqda türk əsgərini ölkədən çıxarmaq üçün əməliyyat başladıldı. İraq parlamentinin Nümayəndələr Palatası, Beşika bazasında İŞİD-ə qarşı yerli qüvvələrə təlim keçən türk əsgərinin çəkilməsini istəyib.

Türkiyə ordusu Beşikaya bölgədəki hakim qüvvələrin dəvəti ilə gəldiyi halda İranın İraq torpaqlarında qurduğu 7 hərbi kəşfiyyat qərargahı heç bir hüquqi əsas və dəvət olmadan işlərini davam etdirir. Rəsmi Bağdad isə bu vəziyyəti yalnız izləməklə kifayətlənir.

Türkiyəni bölgədə oyundan kənar vəziyyətə gətirilməsi üçün görülən işlər dayanmadan davam etməkdədir. ABŞ-ın 2003-cü il işğalından sonra şiə din xadimi olan Sistaniyə qarşı balans yaratmaq üçün bölgəyə gətirtdiyi və mühafizə etdiyi digər din xadimi Qasim ət-Tai də məsələ ilə bağlı hərəkətə gətirilib. ət-Tai Beşikadaki türk əsgərlərinə qarşı vuruşmağın əxlaqi və ictimai olaraq vacib olduğunu müdafiə edən bir fətva verdi..

Məsələylə bağlı mətbuata açıqlama verən kürd mənbələr isə ABŞ-ın Beşikada baza qurmağa çalışdığını, fiziki cəhətdən işlər aparmaq üçün sahəyə endiyini açıqlayıb. Ötən həftə ABŞ ordusunun 22 nəfərdən ibarət hərbi məsləhətçisinin əvvəlcə Mosul anbarı bölgəsinə getdiyi, daha sonra isə Beşikada baza qurmaq üçün yer müəyyən etdiyi məlum olub.

İraqda Türkiyəyə qarşı etiraz kampaniyasında ABŞ-ın müstəsna rolu olduğu heç kimə gizlin deyil. İŞİD-ə qarşı qurulmuş beynəlxalq koalisiyanın amerikalı sözçüsü polkovnik Con Dorrian "İraq torpaqlarında olan türk əsgərləri İraq hökuməti tərəfindən verilən rəsmi icazə ilə gəlməyib və onların burada olması qeyri-qanunidir" deyərək Ankaranı Mosul əməliyyatından kənarda saxlamaq mesajını açıqca vermişdi. Dorrian açıqlaması zamanı həmçinin türk əsgərlərinin İraq hökumətinə İŞİD-ə qarşı mübarizədə kömək edən və dəstək verən beynəlxalq koalisiya qüvvələrinə daxil olmadığını siddia etmişdi.

Bundan başqa ABŞ ordusunun hərbi təyyarələri Mosul əməliyyatına hazırlaşan, sünni və mosullulardan ibarət olan Haşdu`l-Aşairə bağlı olan qüvvələri vurmuşdu. 20 nəfərin həlak olduğu hadisə ilə bağlı verilən açıqlamada isə koalisiya təyyarələrinin sünni qüvvələri səhvən vurduğu iddia edilmişdi. Həmçinin Mosul əməliyyatında iştirak etməyəcəyi açıqlanan iranmeyilli qüvvələr də Türkiyəni hədəf alır. İranmeyilli qüvvələrin başında gələn “Haşdi Şıbi” Türkiyənin İraqda işğalçı olaraq qaldığını açıqlayıb və türk əsgərlərinin geri çəkilməyəcəyi təqdirdə İŞİD-lə vuruşduqları kimi türk ordusuna qarşı da vuruşacaqlarını deyərək təhdid edib.

Qruplaşmanın sözçüsü Yusif əl-Kilabi də açıqlaması zamanı "İraqın şimalında olan qüvvələr işğalçıdır və İraq hökuməti tərəfindən dəvət edilməmişdir. Bu şəkildə qalacaqları təqdirdə onlara qarşı mübarizə aparacaq, İŞİD-ə qarşı vuruşduğumuz kimi onlara qarşı da vuruşacağıq", - deyə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...