Bakı metrosunda müəmmalı yoxlama

Bakı metrosunda müəmmalı yoxlama

Bakı metrosunda müəmmalı yoxlanış olub.

Sərnişinlərin milli.az-a verdiyi məlumata görə, metronun "Qara Qarayev" stansiyasında sərnişinlər qatardan çıxarılıb. Polislər vaqonlara daxil olaraq yoxlanışa başlayıblar. Yoxlama başa çatdıqdan sonra qatar boş yola salınıb.

Daha sonra növbəti qatarda yoxlanışlar təkrarlanıb. Həmin qatar da yoxlama başa çatandan sonra boş vəziyyətdə yola salınıb. Yoxlama prosesi 15 dəqiqə davam edib.

Yoxlanışların hansı səbəbdən aparılması məlum deyil.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...