Beynəlxalq Hava Limanında təhlükəsizliyimiz təhlükədədir - Video - fotolar

Beynəlxalq Hava Limanında təhlükəsizliyimiz təhlükədədir -


22 iyunda qafqaznews.az -da “Bakı Hava Limanının VİP zalının qarşısında nömrəsiz avtomobil” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Hava Limanının VİP zalının qarşısında dövlət qeydiyyat nömrəsi olmayan Audi A8 markalı avtomobil dayanıb. Müəllif soruşur ki, Hava Limanı hər bir dövlətin sözün geniş mənasında qapısıdır, digər tərəfdən strateji sahədir. Bu əraziyə daxil olmaq üçün xüsusi icazə olmalıdır, bəs bu nömrəsiz Audi A8 avtomobilinə kim icazə verib ki, o bu gün ölkənin giriş qapısının VİP zalının qarşısında dayanıb..?
Beynəlxalq Hava Limanında təhlükəsizliyimiz təhlükədədir -
Beynəlxalq Hava Limanında təhlükəsizliyimiz təhlükədədir -
Beynəlxalq Hava Limanında təhlükəsizliyimiz təhlükədədir -

Heydər Əliyev adına hava limanı ölkənin əsas 5 aeroportundan biridir, hər il 1 milyondan artıq sərnişin qəbul edir. Bu aeroport şərqi qərblə, cənubu şimalla birləşdirir. Məsələ ilə bağlı aeroportun təhlükəsizlik xidmətinin rəis müavini Etibar Cəbrayılov Qafqaz Xəbər Agentliyinə bildirib ki, bizim sərəncamımızda olan bəzi avtomobillərin aeroportun ərazisində öz təyinatı üzrə istifadəsi üçün dövlət nömrələri çıxardılır. Ancaq hava nəqliyyatında polis idarəsinin əməkdaşı Səbuhi Hüseynov Etibar Cəbrayılovun dediklərini inkar etdi: “ Nömrəsiz avtomobillərin Bakı hava limanında istifadəsi qanunsuzluqdur və yolverilməzdir: “ Hüquq müdafiəçisi Elçin Behbudov isə Qafqaz Xəbər Agentliyinə bildirib ki, Etibar Cəbrayılov düz demir: “ Azərbaycan ərazisində dövlət nömrəsi olmayan avtomobilin hərəkəti qəti qadağandır. Yəqin həmin nömrəsiz avtomobil hansısa məmur-oliqarxın övladının olub. Belə hallar dövlət başçısının da qəzəbinə səbəb olur”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...