Səhiyyə naziri Saakaşvilinin tənqidinə görə istefa verdi

Səhiyyə naziri Saakaşvilinin tənqidinə görə istefa verdi


Ukraynanın səhiyyə naziri Aleksandr Kvitaşvili istefa ərizəsini yazıb. APA-nın UNN-ə istinadən verdiyi məlumata görə, A. Kvitaşvili Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin tənqidindən sonra bu addımı atmaq qərarına gəlib.
Ukrayna parlamentinin “Pyotr Poroşenkonun Bloku” fraksiyasının sədr müavini İqoq Kononenko bildirib ki, hələlik Nazirlər Kabineti A. Kvitaşvilinin ərizəsinə baxmayıb. Xatırladaq ki, bir neçə gün bundan öncə Saakaşvili Kvitaşvilini istefa verməyə çağırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...