Nazirlik təkzib etdi - İcbari sığorta bahalaşmayacaq

Nazirlik təkzib etdi -


"İcbari sığorta tariflərinin artırılması gündəmdə yoxdur".

“APA-Economics” xəbəri verir ki, bunu jurnalistlərə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov bildirib. N. Xəlilov icbari sığorta tariflərinin artırılması üçün heç bir iqtisadi əsasın olmadığını bildirib. "Həmin sığorta növü sığortaçılar üçün zərərli olduğu halda bu məsələ müzakirəyə çıxarıla bilər. Bu gün sığorta şirkətlərinin problemləri zərərlərlə bağlı deyil. Sığorta şirkətləri üçün problem işin aparılması xərclərinin yüksək olmasındadır", - deyə o vurğulayıb.

Dövlət Xidməti rəisinin sözlərinə görə, sığorta şirkətləri özlərinin iş prinsiplərini təkmilləşdirərək, informasiya texnologiyalarından daha istifadə edərək öz işlərinin aparılması üçün çəkilən xərcləri azalda bilərlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...