Xaləddin İsgəndərovun rayonu kazinolarla dolu imiş İlginc iddia

Xaləddin İsgəndərovun rayonu kazinolarla dolu imiş


Hüquq-mühafizə orqanı əməkdaşları isə özlərini görməzliyə vururlar. Binəqədi rayonu, 7-ci mikrorayon, 1260- cı keçid, 69 a ünvanında VİP CLUB adı altında fəaliyyət göstərən ictimai-iaşə obyektində gizli kazino aşkar olunub. Verilən məlumata görə, kazinoda açıq şəkildə loto oynayırlar.

Məlumata görə, həmin "lotoxana" "RİAD" Təhlükəsizlik xidmətinin əməkdaşı, bir neçə il əvvəl A.R CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsusdur. Kazino fəaliyyətinə "icazə almaq" üçün Vüsal Rzayev 100 min manat verməli olub.

Azərbaycanda qumar oyunları qadağan olunub, amma bu o demək deyil ki bu oyunlara maraq yoxdur. Bu maraq özünü kompüter şəbəkə oyunlarında ( onlayn kazino ) və gizli idman totalizatorlarında tapır. Sonuncunun populyar olması dövləti idman mərclərinin leqallaşdırılmasına gətirib çıxardı. Ancaq bu kommersiya fəaliyyəti dövlət nəzarəti altında olmalıdır.

Əgər mətbuat orqanı əməkdaşları gizli kazino barədə bilirlərsə, deməli polis də məlumatlıdır. Bəs nə üçün polis əməkdaşları buna göz yumur..? Amma bir həqiqət var ki, hüquq-mühafizə orqanı əməkdaşlarının xəbəri olmadan rayon ərazisində hansısa addım atmaq qeyri-mümkündür. Əgər polisin sadə vətəndaşdan bir addım öndə olduğunu deyiriksə, bu halda belə bir kazinonun fəaliyyət göstərməsindən xəbərsiz olduqlarını düşünmək sadəlövhlük olardı. Bu baxımdan görünür ki, adıçəkilən ünvanda fəaliyyət göstərən kazinoxana kimlərinsə marağında olub və bu yolla gəlir əldə edilir. Lakin "Gündəlik Bakı" qəzeti olaraq əlaqədar qurumlardan xahiş edərdik ki, gizli şəkildə xidmət göstərən VİP CLUB-un fəaliyyətinə diqqət etsinlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
325 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...