Makareviç: "Mən ölməmişəm" - Yeniləndi

Makareviç: "Mən ölməmişəm" -


Rusiyanın tanınmış müğənnisi, “Maşina vremeni” rok qrupunun lideri Andrey Makareviç vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Qruşinski festivalının saytı məlumat yayıb. “Bu gecə böyük sovet və rus musiqiçisi, müğənni və sadəcə yaxşı insan Aleksey Makareviç vəfat edib.

Qohumlarının sözlərinə görə, müğənni bu gün öz evinin qarşısında öldürülüb”, - sayt bildirib. Qruşinski festivalında Makareviçin dəfni üçün pul yığılacaq və onun şərəfinə xeyriyyə konserti təşkil olunacaq. Makareviçin ölməsi ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur. Qeyd edək ki, “Maşina vremeni” qrupunun lideri Krımın işğalını pisləyərək Ukraynameylli mövqe tuturdu. 12:27 Qruşinski festivalının direktor müavini Yuri Karpov Makareviçin öldürülməsiylə bağlı məlumatı təkzib edib.

Bu barədə məlumatı Exo Moskvı qəzeti yayıb. Onun sözlərinə görə, Qruşinski saytına haker hücumu olaraq bu məlumat qeyd edilib: “Hazırda qruşinski.ru server adminstratorları tərəfindən bağlanıb”. Bundan başqa Makareviçin özü də ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Müğənni hər kəsi bu cür xəbərlərə fikir verməməyə çağırıb.

Makareviç: "Mən ölməmişəm" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...