Səhiyyə Nazirlyindən MERS virusu xəbərdarlığı CİDDİ TƏHLÜKƏ VAR

Səhiyyə Nazirlyindən MERS virusu xəbərdarlığı


Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyası dünyanın bəzi ölkələrində yayılan MERS virusu ((MERS - Middle East Respiratory Syndrome) ilə əlaqədar insanları diqqətli olmağa çağırıb. Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Trend-ə bildirib ki, MERS virusunun Azərbaycana keçməsinin qarşısını almaq üçün Səhiyyə Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb: "Bununla əlaqədar sərhəd-keçid məntəqələrində hərarətli xəstələr, xəstələnmə hallarının çox olduğu dövlətlərdən Azərbaycana gələn insanlar üzərində müşahidələr aparılır, eyni zamanda dezinfeksiya işləri həyata keçirilir. Xəstəliklə əlaqədar həm əhali, həm də tibb işçiləri arasında maarifləndirmə işləri aparılır. Biz qabaqlayıcı tədbirlərin hamısını görürük. Ancaq heç bir ölkə xəstəlikdən sığortalanmayıb. Əgər hansısa bir xəstə Azərbaycana gələrsə, Elmi Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutunda tənəffüs çatışmazlığı və s. simptomları olan xəstələri müalicə etmək üçün bütün şəraiti olan xüsusi palatalar var. Belə palatalar Ebola virusunun yayıldığı dövrdə də olub. Əgər belə hal olarsa, xəstələr oraya qospitalizasiya olunacaq və orada sistematik müalicə aparılacaq”.

MERS virisunun coronaviruslara aid olduğunu və xüsusi təhlükəli viruslar qrupundan olduğunu deyən R.İsmayılovanın sözlərinə görə, MERS virusuna yoluxan insanlarda xəstəliyin maksimal inkubasiya dövrü 14 gündür: "MERS virisuna yoluxan insanlarda xəstəliyin yüksək hərarət, qripə oxşar əlamətlər, təngənəfəslik, tənəffüs çatışmazlığı, ishal kimi simptomları müşahidə edilir".

Respublika Taun Əleyhinə Stansiyasının rəsmisi xəstəliyin müalicəsi və ona qarşı vaksin yox olmadığı üçün insanları daha diqqətli olmağa da çağırıb: "Xəstəlikdən qorunmaq üçün insanlar əllərini tez-tez yumalı, nəm salfetlərlə silməli, çirkli əllərlə ağzına, burnuna, gözünə toxunmamalı, maskalardan istifadə etməlidirlər".

R.İsmayılova hazırda Azərbaycanda xüsusi təhlükəli infeksiyalarla bağlı vəziyyətin sabit olduğunu da nəzərə çatdırıb.

Xatırladaq ki, hazırda Cənubi Koreya və Filippində MERS virusuna yoluxma halları kütləviləşib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...