Şirvanda hərbi zavodda partlayış oldu, nazir hadisə yerindədir

Şirvanda hərbi zavodda partlayış oldu,


Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda bu gün baş vermiş güclü partlayışda yaralananlara kömək göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Şirvana həkim briqadaları göndərilib. Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Lilya Bayramova məlumat verib. L.Bayramovanın sölərinə görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hazırda 19 yaralı yerləşdirilib: “Yaralananların bəziləri yanıq xəsarəti alıb, bəziləri isə toksiki zəhərlənmədən əziyyət çəkir. Həkim briqadaları ilə yanaşı əraziyə xeyli təcili yardım maşınları da gedib. Hazırda tibbi yardım maşınları hadisə yerində gözləyirlər”.


* * *13:15

Bu gün saat 12 radələrndə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda güclü partlayış baş verib. Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən virtualaz.org saytına bildirildiyinə görə, partlayışın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil. “Ölən və yaralananlar var, ancaq sayları barədə dəqiq məlumatımız yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir, polis və prokurorluq əməkdaşları da hadisə yerindədir”- deyə növbətçi hissədən bildiriblər.

Partlayışın zavodun hansı hissəsində baş verdiyi hələlik məlum deyil. Lakin Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb. Şirvan şəhər xəstəxanasından əldə etdiyimiz son məlumata görə, partlayış nəticəsində azı 1 nəfərin həlak olduğu dəqiqdir. Həlak olan şəxsin cənazəsi xəstəxananın morqundadır, xəstəxanaya 20-dən çox yaralı daxil olub. Yaralıların sayı artmaqdadır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir. Əlavə məlumat veriləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...