Azərbaycanlı «Stalin»in döydüyü «Lenin» danışdı FOTO- VİDEO

Azərbaycanlı «Stalin»in döydüyü «Lenin» danışdı


"Stalin" döydüyü "Lenin" danışıb. Dünya liderlərinin oxşarları arasında mübahisəyə səbəbə aydınlıq gəlib.
Məlumata görə, "LifeNews" yeraltı keçiddə "Lenin" (İqor Qorbunov Leninin oxşarı) və "Stalin" (Lətif Vəliyev Stalinin azərbaycanlı oxşarı) arasındakı davanın səbəbini öyrənə bilib. Məlum olub ki, liderlərin bənzərləri birlikdə çalışır və qazancı bölürlər. Razılığa görə, bütün pullar "Stalin"də toplanır. Sonra isə o az bir hissəsini "Lenin"ə verirdi.


"O mənə az pul verirdi, qazancı tən bölmürdü. Lətif mənim rəhbərim idi. Bundan sonra da mən Qızıl meydanda çalışacağam. Amma başqa yerdə və başqa insanlarla", deyə Zərərçəkən İqor Qorbunov (“Manejnıy” meydanında Leninin oxşarı kimi turistlərə xidmət göstərir) deyib. Onun sözlərinə görə, rəhbəri ilə aralarındakı münasibət son bir ildə pozulub. "Bir zamanlar bir evdə yaşayırdıq. Sonra isə başqa yerə köçdüm və mübahisələr başladı. Bu onun xoşuna gəlmədi".
Zərərçəkən davanın günün-günorta çağı yeraltı keçiddə baş verdiyini deyib. Qorbunov salamlaşmaq üçün əslən azərbaycanlı olan Lətif Vəliyevə yaxınlaşıb. Amma o əlindəki çətirlə onu kürəyindən vurub. Zərbənin təsiri elə də güclü olmayıb. Yəni qarşı tərəfə ciddi ziyan dəyməsə də, göyərmələr meydana gəlib.

Zərəçəkmiş "Lenin" yumuşaq toxuma xəsarəti ilə poliklinikaya müraciət edib və eyni zamanda metropolitenin daxili işlər orqanına həmkarından şikayət ərizəsi yazıb. Buna baxmayaraq "Lenin" "Stalin"ə qarşı kinli olmadığını və onu bağışlamağa hazır olduğunu deyib. "Kiçik bir konfilikt olub. Amma biz onu həll etdik və dost olaraq ayrıldıq. Mən qərar verdim ki, işi bağlayaq". Qeyd edək ki, Lenin və Stalin oxşarları illərdir bir yerdə işləyiblər. Onlar şəhərə gələn turistlərlə şəkil çəkdirərək çörək pulu qazanırdılar. Belə görünür ki, baş verən hadisədən sonra azərbaycanlı Stalin məsuliyyətə cəlb olunmasa belə özünə yeni həmkar axtarmalı olacaq./anspress/




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...