Ülvi Quliyev bu dəfə deputat ola biləcəkmi?

Ülvi Quliyev bu dəfə deputat ola biləcəkmi?


Biznesmen-deputat kimi tanınan Ülvi Quliyev seçkiqabağı fəallaşıb. Milli Məclisin üzvü növbəti çağırışa mandat qazanmaq üçün əlaqələrini işə salıb. Onun yenidən parlamentdə təmsil olunacağı isə açıq sual olaraq qalır.

TİA.AZ-a mötəbər qaynaqdan daxil olan xəbərdə vurğulanır ki, Ü.Quliyev Bakının Yasamal kimi strateji rayonunda millət vəkili olmaqla digər iri çaplı namizədlərin yolunu kəsmiş olur. İddialara görə, deputat bu dəfə yerini başqasına verə bilər. İstisna olunmur ki, daha nüfuzlu bir məmurun Yasamaldan deputat seçilməsinə razılıq verilsin. Ü.Quliyevin hər nəqədər biznes imkanları olsa da, ondan daha geniş ticarət imperiyasına malik şəxslər fəaliyyətdədir.

Bu baxımdan fəallaşan Ü.Quliyev yerini möhkəmlətməyə çalışır. Onun “Qala” restoranı var. Ülvi Quliyevin Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirməsi çoxdan məlum olan bir faktdır. Həmçinin millət vəkili Nərimanov rayonunda fəaliyyət göstərən və “Loğman Farm” şirkətinə aid olan iki aptekin də özünə aid olduğunu keçmiş zamanda da olsa, təsdiq edir. Hərçənd bu barədə mətbu orqanlarından birinə verdiyi müsahibəsində Ülvi Quliyev öz fikirlərini bir qədər dolaşıq formada səsləndirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...