Məhv etdiyimiz uçan aparatların texniki göstəriciləri- FOTOLAR

Bu gün cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd edərkən vurulan Ermənistana məxsus bir ədəd “DJI Inspire1” aparatının texniki göstəriciləri bəlli olub.

Məhv etdiyimiz uçan aparatların texniki göstəriciləri-

“Qafqazinfo”nun məlumatına görə, “DJİ” firmasının son modeli olan “Inspire 1” pilotsuz uçan aparat 2014-cü ildə ilk dəfə istifadəyə verilib. Daha əvvəl “Phantom” modeliylə bir ilkə imza atan firma “Inspire 1”də indiyənə qədər təqdim edilməmiş xüsusiyyətləri bir araya yığıb. Bu tərz pilotsuz aparata “drone” və ya “quadcopter” aparatı da deyilir.

“Inspire 1” uçmağa başlayanda daha yaxşı görüntü ala bilmək üçün qollarını yuxarıya, gövdəsini aşağıya endirir. Aparat 30fps 1080 p, 60 fps video qeyd edə bilir. Ayrıca 12 megapiksel fotoşəkil çəkmək imkanına malikdir.

Eyni zamanda kamerası 360 dərəcə dönə bilir. Uçan aparat “pult”la və ya iPhone, iPadla idarə oluna bilər. “Inspire 1” seçimə görə iki əmr ilə də istifadə edilə bilər. Biri yalnız uçuşla maraqlanarkən, digəri isə kameranı nəzarət edə bilir. “Inspire 1”in 4500mAh Lipo batareyası 1 saatda şarj olur və 18 dəqiqəlik uçuş təmin edir. Batareyanın qiyməti 250 dollar təşkil edir. Böyük stratejə malik olan bu aparat elə də baha deyil.

Sözügedən aparatın qiymətləri isə fərqlidir. Tək “pult”la idarə olunan uçuç aparatının qiyməti 2899 dollar, iki “pult”la idarə olunan “Inspire 1”in qiyməti isə 3399 dollar təşkil edir.

Qeyd edək ki, Azərbaycan ordusu 3 gün əvvəl düşmənə məxsus daha iki pilotsuz uçan aparatı məhv etmişdi.


Məhv etdiyimiz uçan aparatların texniki göstəriciləri-
Məhv etdiyimiz uçan aparatların texniki göstəriciləri-
Məhv etdiyimiz uçan aparatların texniki göstəriciləri-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...