Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov haradadır?

Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov haradadır?


Bir müddət öncə saytlarda “Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov həbs edildi” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, Biləcəri sakinlərindən Qafqaz Xəbər Agentliyinə şok məlumat daxil olub. Məlumatda deyilir ki, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Qəsəbə sakinlərnin verdiyi məlumata görə hazırda İlham Xəlilovu postunda Hikmət adlı şəxs əvəz edir.

Əməkdaşımız Biləcəri bələdiyyəsi ilə telefon əlaqəsi saxlayıb. Sədrin katibəsi əməkdaşımıza bildirirb ki, keçən həftə yeni sədr seçilib. Yeni sədr əvvəl bələdiyyənin üzvü olan Hikmət Quliyevdir. Keçmiş sədr ilə bağlı suala isə katibə cavab verməyib. Biz məsələ ilə əlaqədar yenidən araşdırma aparmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqə saxladıq. İdarənin (ad və soyadını deməyən ) əməkdaşı bizə bildirdi ki, bizim məlumat verməyə ixtiyarımız yoxdur. Bakı Şəhər Baş Polis İdarəsinin növbətçi əməkdaşı Xankişiyev isə müxbirimizə bildirib ki, biz heç bir məlumat vermirik. Azərbaycan Respublikası baş prokrorluğu ilə əlaqə saxladıq ,ancaq telefonlarımıza cavab verən olmadı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1130 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...