Problemli kreditlər 1,3 milyard manatı ötdü

Problemli kreditlər 1,3 milyard manatı ötdü


Bu ilin may aylarının yekununa görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 313,2 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, aprel aylarının yekunu ilə müqayisədə 4,5% və ya 56,6 milyon manat çoxdur. İlin əvvəlindən bəri problemli kreditlər 34,5%, son 1 ildə isə 45,1% artıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi isə 1 ay ərzində 6,1%-dən 6,4%-ə yüksəlib. Bu nisbət ilin əvvəlində 5,3%, ötən ilin eyni dövründə isə 5,5% olub.Maraqlıdır ki, problemli kreditlər ölkə üzrə kredit qoyuluşunun azalması fonunda artır. Bu isə onu göstərir ki, banklarda kredit ödənişləri ilə bağlı vəziyyət getdikcə pisləşir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...