2024-cü ilin Yay Olimpiya Oyunları ilə bağlı Bakının namizədliyi irəli sürüldü

2024-cü ilin Yay Olimpiya Oyunları ilə bağlı Bakının namizədliyi irəli sürüldü


Azərbaycan Milli Olimpiya Komitəsi 2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyini irəli sürüb. Bu barədə azvision.az İTAR-TASS-a istinadən xəbər verir. Beynəlxalq Olimpiya Komitəsi (BOK) namizəd şəhərlərin ərizələrini yanvarın 15-indən qəbul etməyə başlayıb. Ərizələrin qəbulu sentyabrın 15-nə qədər davam edəcək. 2017-ci il BOK-un Perunun paytaxtı Limada keçiriləcək 130-cu sessiyasında 2024-cü il Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq. Olimpiyadanın keçirilməsi uğrunda Roma, Hamburq, Boston, Paris və Bakı mübarizə aparacaq. Yaxın zamanlarda İstanbul və Budapeştin də öz namizədliyini irəli sürəcəyi bildirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...