Əbülfəz Qurbanlı AXCP-dən istefa verdi - "məni bağışlayın"

Əbülfəz Qurbanlı AXCP-dən istefa verdi  -


AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib. AzVision.az xəbər verir ki, Ə.Qurbanlı bu barədə Facebook səhifəsində bildirib:

-Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...