Azərbaycanda olan erməni hərbi əsir kökəlib...

Azərbaycanda olan erməni hərbi əsir kökəlib...


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov Azərbaycan tərəfinə könüllü keçən erməni hərbçisi Andranik Araratoviç Qriqoryanla görüşüb.

Bu barədə açıqlamasında Elçin Behbudov özü deyib. Onun sözlərinə görə, bu gün növbəti monitorinq nəticəsində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeçiliyində olan qaupvaxtda olub və orada üç nəfər hərbçi saxlanılır:“Hərbçilər saxlanma şəraitindən və onlara olan münasibətdən şikayətçi deyillər və bildirdilər ki, onlara burada yaxşı baxırlar”, -deyə, E. Behbudov bildirdi.

Hüquq müdafiəçisi eyni zamanda orada saxlanılan 1991-ci il təvəllüdlü Xocavəd rayonunun Bertaşen kənd sakini, erməni hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryanla görüşüb və onun saxlanma şəraiti ilə tanış olub. “Bizimlə görüşdə erməni hərbçi Azərbaycanda ona olan müsbət münasibətdən razılığını ifadə etdi. Bildirdi ki, xidmət etdiyi hərbi hissədən fərqli olaraq, Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, otağında televizor var. Hətta Avropa Oyunlarını televizor vasitəsi ilə izləyib. Bundan əlavə olaraq ona orada rəsm çəkmək üçün şərait yardılıb. Hətta o kökəlib.”


Hüquq müdafiəçisi onu da əlavə etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ona tez-tez baş çəkirlər, ailəsindən ona, ondan ailəsinə məktub aparırlar. E. Behbudov bildirdi ki, görüşdə əsas hədəfi onunla görüşüb beynəlxalq təşkilatları məlumatlandırmaqdır: “Dünyaya çatdırım ki, Ermənistanda fərqli olaraq Azərbaycanda hərbi əsirlərə necə humanistcəsində yanaşırlar. Qoy bütün dünya bilsin ki, Azərbaycan dövləti necə humanist addım atır. Erməni hərbçisi burada yaxşı şəraitdə saxlanılır. Ermənilər isə öz ata-baba torpaqlarına ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz məhkəmə qurub D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum ediblər və onlara dəhşətli işgəncələr veriblər”. Qeyd edək ki, martın 22-də günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz həərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. /Moderator/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...