Çeçenlərin boğaza yığdığı azərbaycanlı iş adamı Putindən kömək istədi

Çeçenlərin boğaza yığdığı azərbaycanlı iş adamı Putindən kömək istədi

Rusiyanın Ural vilayətində yaşayan və bu ölkə vətəndaşlığını daşıyan azərbaycanlı Rafail Zeynalov prezident Vladimir Putinə müraciət edərək onu vətəndaşlıqdan çıxarmağı xahiş edir. Virtualaz.org saytı Rusiyanın regional KİV-lərinə istinadən xəbər verir ki, azərbaycanlının bu müraciətinə səbəb Çeçenistan hüquq-mühafizə orqanlarının onu təqib etməsidir.
R.Zeynalov 1984-cü ildə təyinatlı Urala göndərilib, Asbest şəhərində, Malışevsk mədənində mühəndis işləyib. 15 il işlədikdən sonra biznesə keçib. “Enerqomost ESK” ASC adlı şirkətdə işə düzəlib. Bir müddət sonra öz “Volqa”sını sataraq bu şirkətin direktoru Aleksey Nikitinin işlənmiş “Mercedes E220” avtomobilini alıb.

Zeynalov bir neçə il sonra bu maşını Çeçenistan sakininə satıb. Və tezliklə, 2010-cu ildə Çeçenistan Daxili İşlər Nazirliyindən onu istintaqa çağırıblar. Zeynalov Çeçenistana gedəndə məlum olur ki, onu bir neçə avtomobili qaçırmaqda ittiham edirlər.
Azərbaycanlı 2 il 19 gün Çeçenistanda həbsdə saxlanılıb, onun boynuna törətmədiyi əməli zorla qoymağa çalışsalar da heç nəyi imzalamayıb. Üstəlik həbsdən buraxılanda ona 2 ildən çox həbsdə qaldığına dair arayış da verməyiblər. Zeynalovu vağzaldan yola salanda deyiblər ki, ya dərhal Çeçenistandan yoxa çıxmalıdır, ya da cibinə narkotik atıb tutacaqlar.
Urala geri qayıdan Zeynalov çörəkbişirmə biznesinin dağıldığını, arvadının onu tərk etdiyini görüb. İşlərini yenidən qaydaya sala bilməyən Zeynalov Putinə məktub yazaraq onu vətəndaşlıqdan çıxarmağı və ölkəni tərk etməsinə imkan yaradılmasını xahiş edib.

Zeynalovun işlədiyi mədən müdafiə sənayesinə bağlı olduğundan o, dövlət sirrini yaymamaq və ölkəni icazəsiz tərk etməmək haqda sənədə imza atıb. Bu səbəbdən Rusiyanı tərk edə bilmir. Zeynalovun Putinə müraciətini araşdırmaq üçün Çeçenistana göndəriblər. Çeçenistan DİN isə müraciətə belə cavab verib ki, 55 yaşlı Sverdlovsk sakini Zeynalov Çeçenistan hüquq-mühafizə orqanlarının hərəkətlərindən ziyan çəkdiyinə dair heç yerə şikayət etməyib və nəticədə onun müraciətində göstərilənlər təsdiqini tapmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...