Yunanıstanın məşhur adaları satışa çıxarıldı - QİYMƏTLƏR
İqtisadi böhranla boğuşan Yunanıstanda şəxsi adalar satışa çıxarıldı.
ANN.Az xarici ölkə mediasına sitinadən xəbər verir ki, "Online Xüsusi Adalar" adlı əmlak saytında 17 xüsusi adanın satış elanı yayılıb. Bu sayın yaxın zaman daxilində 120-yə çatacağı gözlənilir. Satışa çıxarılan ən bahalı ada Omfori hesab olunur. Daha sonrakı adaların sırası belədir: Dulichium, Şimali Ege, St.Tomas və Nissos Makri adaları. Nisbətən ucuz qiymətə digər adalar da var - Patroklos, Nafsika, Kardiotissa, Nissos Sofia, Kythnos, Stroggilo, Lohnari, St. Coyns, Traqonisi, Vouvalos, Kato Antikeri.
Yunanıstanda 5 mindən çox ada olsa da, bunlardan sadəcə 227-də insan yaşayır, məskən salınıb.
Satışa çıxarılan Omfori adasına 50 milyon avro dəyərində qiymət qoyulub. Hələ ki, bundan bahalı ada satışı elanı verilməyib. Bu ada təxminən 4,5 kvadratkilometrdir.Yunanların ən gözəl və xüsusi adası kimi tanınır. Təkliflər açıq olan digər yaşıl ada 1 kvadratkilometr böyüklüyündə olan Nissos Makri adasıdır. Əsasən meşələrlə örtülü olan adada bina inşa etmək, ev tikmək üçün bütün qanuni icazələrin alındığı deyilir.
990 dəfə oxundu