Yunanıstanda aclıq başladı - pulsuz şorba növbələri

Yunanıstanda aclıq başladı -

Yunanlar borc böhranına görə ölkədə ərzaq probleminin kəskinləşəcəyindən narahatdırlar. Paytaxt Afinanın mərkəzindəki marketlərin satıcıları deyirlər ki, mağazalara ərzaq məhsullarının çoxu xaricdən gəlir. Qəssablar da ətin tükənmək üzrə olduğunu bildirir. Bank əməliyyatlarının dondurulması onların tədarük zəncirini qırıb. Sahibkarların əlində piştaxtaları yenidən doldurmaq üçün nağd pul yoxdur. Yunanlar avrozonanı tərk edər deyə narahatdırlar. Həm də ondan narahatdırlar ki, drahma ilə ticarət başlayar. Qəssablardan biri deyir: “Drahma yaxşı deyil. Əgər biz pul vahidi kimi drahma istifadə edəcəyiksə, bu, qətiyyən yaxşı deyil, yaşamaq asan olmayacaq. Heç nə yaxşılığa doğru getməyəcək. Bu pulun dəyəri yoxdur. Drahma ilə biz lazım olan qədər ət ala bilməyəcəyik. Bizim məhsul aldığımız adamlar avrodan istifadə edir”.
Yunanıstanda aclıq başladı -

Yunanıstan ölkənin qida ehtiyacının yarısından çoxunu idxal hesabına ödəyir. Yerli fermerlər də bankların əməliyyatları dondurması ilə hələ də barışmırlar. Məhsullar ölkənin özündə yetişdirilsə də fermerlər toxumların çoxunu xaricdən alır: “Bir ayla heç nə olmaz. Ancaq təminat yoxdur ki, durum sabitləşəcək”. Afinanın mərkəzindəki yeməkxanalarda insanlar pulsuz şorba üçün növbəyə durub. Yunanıstanda işsizlik Avropa ölkələri ilə müqayisədə ən yüksək həddədir. 6 milyon insan yoxsulluq içində yaşayır. Pulsuz yemək arzusu ilə növbəyə duranların sayı isə hər gün artır. Yeməkxanaların birində könüllü işçi olan Sokrates Milonopoulos deyir: “6 aydır burdayam. Növbəyə duran insanların sayında xeyli artım müşahidə edirəm. Hər halda ehtiyacları var ki, gəlirlər. Onlar burada bir boşqab yemək ümidi ilə soyuqda da, istidə də növbədə gözləyirlər. Ehtiyacaları olmasa, niyə bura gəlsinlər ki?”
Yunanıstanda aclıq başladı -

Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1,7 milyard dollarlıq kredit borcunu ödəmədiyindən defolt və avrozonadan çıxmaq təhlükəsi ilə üzləşib. İyulun 5-də ölkədə keçirilən referendumda isə əhalinin böyük hissəsi beynəlxalq kreditorların təkliflərini rədd elədi. Avropa liderləri Yunanıstanla bağlı yekun qərarı iyulun 12-dək verəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...