Türkiyədə insanları aldadıb böcək yığdırdılar

Türkiyədə insanları aldadıb böcək yığdırdılar


Türkiyə Meşə və Su İşləri Nazirliyi son günlərdə çox danışılan kərgədan böcəklərinin heç bir dəyəri olmadığını, hətta toplayanlara cəza veriləcəyini deyib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin verdiyi açıqlamaya görə, kərgədan böcəkləri nadir olan bir növ deyil və onları toplayıb ticarəti ilə məşğul olanlara 38 min 751 lirəyə kimi pul cəzası tətbiq olunacaq: “Vətəndaşlarımızı kərgədan böcəyinin 90 min dollar dəyəri olduğu istiqamətindəki əsassız və səhv məlumatlara aldanmamağa çağırırıq. Fırıldaqçılar üçün fürsət yaradacaq bu məlumatlara etibar edərək kərgədan böcəklərini təbiətdən toplayaraq zəngin faunamıza zərər verməsinlər. Əks təqdirdə pul cəzası ödəməli olacaqlar”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...