İlham Əliyev Kəbədə hansı duanı etdiyini açıqladı

İlham Əliyev Kəbədə hansı duanı etdiyini açıqladı


Xəbər verildiyi kimi, iyulun 11-də prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin təşkil etdiyi iftar mərasiminə qatılıb. Virtualaz.org saytı xəbər verir ki, az əvvəl rəsmi KİV-lər prezidentin həmin mərasimindəki çıxışının tam mətnini yayıblar.

Məlum olub ki, İlham Əliyev bu ilin əvvəllərində ailə üzvləri ilə birlikdə Kəbəni ziyarəti zamanı müqəddəs dini məkanda hansı duanı etdiyindən də danışıb. Prezident deyib ki, Bakıda Heydər məscidinin tikintisi tarixi hadisədir: “Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub.
İlham Əliyev Kəbədə hansı duanı etdiyini açıqladı

Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdı və yenidən müqəddəs Kəbənin içində dualar edərək ürəyimdə dedim ki, Heydər məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...