2007-ci ildən sonra ilk dəfə Rusiya Azərbaycana qaz nəqlini bərpa edəcək

Rusiya qazının Azərbaycana nəqli bu il reallaşa bilər. Hazırda 2 mlrd. kubmetrdən az olmayaraq Rusiya qazının idxalının texniki məsələləri işlənilir. Azərbaycanda artan neft-kimya kompleksinə daxili tələbatla əlaqədar ötən ilin əvvəlindən təbii qaza tələbatın artması müşahidə edilməyə başlayıb. Daxil tələbat 10 mlrd. kubmetrədək olmaqla ümumi hasilat ildə 15 mlrd. kubmetrə çatacaq. Lakin 5 mlrd. kubmetr qaz Türkiyəyə, 1,5 mlrd. kubmetr qaz Gürcüstana nəql olunur.
Azərbaycan Dövlət Neft Şirkətindəki mənbələr bildirirlər ki, 2018-ci ildə “Şahdəniz” yatağından ikinci mərhələnin işlənməsinə başlanana qədər Rusiyanın dəstəyi lazımdır. Lakin bu, bir o qədər ağlabatan deyil, çünki bu yataqda hasilat 16 mlrd. kub metrə çatacaq və bunun 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyəyə nəql olunacaq. Odur ki, söhbət daha uzunmüddətli dövrdən gedə bilər.
2014-cü ilədək Azərbaycan Rusiyaya 1,4 mlrd. kubmetrdən çox qaz nəql edib. Lakin 2014-cü ildə nəql demək ki, 7 dəfə - 210 mln. kubmetrədək düşüb. Sonuncu dəfə “Qazprom” və SOCAR 2009-cu ildə Azərbaycan qazının alqı-satqısına dair müqavilə imzalayıblar. Ruslar buna xüsusi səy göstərmədən razılaşıblar. Lakin indi tarix geri qayıdır. 2007-ci ilədək Azərbaycan Rusiyadan hər il 4,5 mlrd. kub metr qaz idxal edib. “Azərbaycanlı həmkarlarımız bizə xahişlə müraciət etdilər ki, ən yaxın vaxtlatda Rusiya qazının Azərbaycana nəqlinə başlayaq”, - iyunun sonlarında “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.
Belə gediş Moskvanı qane edir, çünki uzunmüddətli perspektivdə qaz hasilat sənayesini növbəti ödəniş qabiliyyətli perspekivli bazarla təmin edir.
275 dəfə oxundu