YAP-ın siyahısı niyə açıqlanmır? - "Biz tələsmirik hələ"

YAP-ın siyahısı niyə açıqlanmır? -


“Hakim Yeni Azərbaycan Partiyası siyahı açıqlamağa tələsmir. Bizim yetərincə vaxtımız var”.

AzVision.az xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzadlıqRadiosuna deyib.

“Hakim partiya deputatlığa namizədlər siyahısını açıqlamağa niyə tələsmir?” sualına cavab olaraq:

- YAP İdarə Heyətinin növbəti iclası keçiriləcək və burada partiyadan irəli sürüləcək namizədlərlə bağlı yekun qərar veriləcək.

- İdarə Heyəti nə zaman toplanacaq?

- Yaxın günlər ərzində.

- İdarə Heyətinin toplanmasına nə mane olur? Siyahı ilə bağlı problemlər var?

- Yox. Kimlərsə tələsir, ancaq Seçki Məcəlləsinə görə bizim namizəd irəli sürmək üçün kifayət qədər vaxtımız var. Ona görə də biz tələsmirik hələ. Qanun bizi tələsdirmir. Kimlərsə tələsir, ola bilsin, ancaq nə Yeni Azərbaycan Partiyası tələsir, nə də qanun bizi tələsdirir. Qanun bizə kifayət qədər imkan verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...