Bakıda vətəndaşlara kələk gələn qadın axtarılır: şikayətçilərin sayı çoxalır

Bakıda fırıldaqçı qadının aldatdığı vətəndaşların sayı hər gün artır.
Musavat.com xəbər verir ki, Bakıda “Lombard" rəsmisi olan Sumqayıt sakini olan 1963-cü il təvəllüdlü Tahirə Alazdan şikayətçi olanların sayı artıq 14 nəfərə çatıb. Bakı sakinləri onlara ümumilikdə 30287 manat "atan" Tahirə Alazdan Nizami rayonu 24-cü polis bölməsinə şikayət ediblər.
T.Alaz 2014-cü ilin aprel ayından 2015-ci ilin avqust ayına kimi Bakı sakinləri Ətrubə Salmanovanın 1750, Aqil Mütəllimovn 420, İlhamə Şəfəqətovanın 1395, Şəfa Göylərovanın 4700, Süsən Allahverdiyevanın 340, Alim Şıxəliyevin 300, Samir Ağayevin 185, Aytən Rüstəmovanın 1250, Teymur Həsənovun 640, Gülarə Əliyevanın 308, Xatirə Abbasovanın 6000, Gülşən Əhmədovanın 265, Elvin İsgəndərovun 3000, Aidə Rzayevanın 250, Aytən Xalıqovanın 300, Aynur Həsənovanın 445, Aynurə Quliyevanın 4500, Samirə Məmmədovanın 574, Lətifə Hüseynovanın 560, Fərəh Abbasovanın 1395 və Əminə Həsənovanın 1200 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.
Şikayətçilərin sayının artacağı da gözlənilir.
Bir neçə gün öncə də T.Alaz tərəfindən iki bakı sakinin aldadılması haqda məlumat vermişdik. Məlumatda qeyd olunurdu ki, Bakı şəhər sakini Valeh Qurbanəli bu ilin iyul ayında "Lombard"da Tahirə Alaz ondan 3 min manat dəyərində qızıl-zinət əşyaları alıb, əvəzində 830 manat pul verib. Tahirə Alaz həmin qızıl əşyalarını mənimsəyərək, sahibinə qaytarmayıb.
Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü Gülnarə Bayramova da T.Alazın ondan 3 min manat dəyərində qızıl-zinət əşyaları aldığını, əvəzində isə 675 manat pul verməsi haqda şikayət etmişdi. Şikayətçi 675 manat borcunu qaytarsa da, qızılını geri ala bilməyib. Hazırda Tahirə Alaz polis əməkdaşları tərəfindən axtarılır.
638 dəfə oxundu