Azərbaycanda mina axtaranlar qədim pullar tapdılar FOTOLAR

Azərbaycanda mina axtaranlar qədim pullar tapdılar


Füzuli rayonu ərazisində qədim pullar və bəzək əşyaları tapılıb. "Report" xəbər verir ki, tapıntılar rayonun Harami düzündə, Qarabağ müharibəsi dövründə minalardan çirklənmiş ərazilərdə aşkarlanıb. Azərbaycan Ərazilərin Minalardan Təmizləmə üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları mina və partlamamış hərbi sursatlar axtararkən qədim dövrə aid pullar və bəzək əşyaları tapıblar. Tapılan pullar və əşyalar rayonunun Tarix Diyarşunaslıq Muzeyinə təhvil verilib.

Muzeyin direktoru Elçin Əsədovun sözlərinə görə, tapılan gümüş dirhəmlərin üzərində ay-ulduzla bərabər Sasani hökmdarı Xosrov Ənuşirəvanın şəkili var. E.Əsədov pulların Sasanilər dövlətinə aid olduğunu bildirib.


Azərbaycanda mina axtaranlar qədim pullar tapdılar
Azərbaycanda mina axtaranlar qədim pullar tapdılar
Azərbaycanda mina axtaranlar qədim pullar tapdılar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...