İdarə rəisi başçını necə aldadıb? – Müdhiş müəmma

İdarə rəisi başçını necə aldadıb?  –


Meliorasiya və Su Təsərrüfatı ASC-nin Subartezian Quyularına Sevis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudov haqda iddialar var.

GUNDEMİNFO.AZ DİA.AZ-a istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovu aldadıb.
Mirzalı Behbudov özünün biznes şəbəkəsini genişləndirmək məqsədilə, bir müddət əvvəl Binəqədi rayonunda növbəti obyektinin tikintisini həyata keçirib. İdarə müdiri icra başçısına boyun olduğu məbləği verməyib.

Xaləddin İsgəndərov da adekvat addım ataraq tikintini dayandırıb. Bundan sonra Mirzalı Behbudov əvvəlcə icra başçısına qarşı güc göstərmək istəyib. Lakin ona bunu etməməyi məsləhət görüblər. Həm də idarə rəisinin məsləhətçiləri onu konkret olaraq xəbərdar ediblər ki, əks halda Mirzalı Behbudov vergi orqanlarının ciddi təpkisi ilə üz-üzə qala bilər. Bu səbəbdən də Mirzalı Behbudov icra başçısının qarşısından çəkilmiş, lakin onun tələbinə də əməl etməyib.
Mirzalı Behbudovun hazırda Ağdam RİH-nin başçısı Raqub Məmmədovla da münasibətlərində gərginlik olduğu bildirilir. Xatırladaq ki, Mirzalı Behbudov 2007-ci ilə qədər Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi vəzifəsində işləyib. Bəzi mənbələr iddia edirlər ki, həmin vaxt idarə rəisi tutduğu vəzifədən o zaman Ağdam RİH-nin başçısı olmuş Həsən Sarıyevin təzyiqləri nəticəsində çıxarılıb.

Bildirilir ki, o zaman yerli sakinlər və fermerlər rayonun Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi tərəfindən ciddi qanun pozuntularına yol verildiyinə dair RİH-nə davamlı olaraq şikayətlənirdilər. Şikayətlərdə göstərilirdi ki, idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür.

Həmçinin şəxsi təsərrüfat sahibləri iddia edirdilər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin vurğulanırdı ki, Mirzalı Behbudov tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir.

Məhz bütün bu amillər də Həsən Sarıyevi belə bir addım atmağa, yəni idarə rəisinin işdən qovulmasına nail olmağa sövq etdi. Bundan sonra Mirzalı Behbudov Bakıya gəlir və burada, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən, məxsusi olaraq bu məmur üçün, əslində ASC-nin strukturunda nəzərdə tutulmayan yeni idarə, Subartezian Quyularına Sevis Xidməti İdarəsi yaradılır. İddialara görə, bu idarənin yaradılması Mirzalı Behbudova olduqca böyük məbləğə başa gəlir. Bu gün isə, həmin idarə çox böyük maliyyə əməliyyatlarının iştirakçısı kimi çıxış edir. Təbii ki, idarə rəisinin sahib olduğu əhatəli biznes şəbəkəsinin də formalaşmasında həmin maliyyə əməliyyatlarının bilavasitə rolu olub. Aldığımız açıqlamalara görə, əsasən restoran biznesindən təşkil olunmuş bu şəbəkəyə hazırda paytaxtın müxtəlif ərazilərində yerləşən bir neçə şadlıq evləri və restoranlar daxildir. İddialara görə, bu obyektlərdən hər birinin bir neçə milyon manat dəyərində qiyməti var...
Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...