«Sədərək Yusif»lə Vüsal Novruzovun hansı şərikliyi var? - bayram atəşfəşanlığı

Azərbaycanda gömrük işçilərinin son zamanlar yayımladığı ən operativ informasiyalar pirotexniki vasitələrin ölkəyə keçirilməsi ilə bağlı qarşsının alınması ilə bağlıdır. Lakin bu gün Bakıda və ölkənin bütün əraxilərində pirotexniki vasitələrin satışı açıq şəkildə həyata keçirilir. Elə Bakı Baş Gömrük İdarəsinin apardığı əməliyyatların sonucu olaraq ortada olan satış göstəriciləri də kifayət qədərdir. Az qala Bakıda atəşfəşanlıq etmək üçün belə partlayıcı maddələr satılır və əhali arasında kifayət qədər yayılıb.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən hər ikisi Naxçıvan Muxtar Respublikasından olan biri məmur, digəri isə iş adamı olan «Sədər» Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov arasında ciddi iş birliyi var.
Məlumatlara əsasən gömrük əməkdaşlarının müsadirə etdikləri pirotexniki vasitələri müxtəlif yollarla «Sədərək» Ticarət Mərkəzində satışa çıxarılır. Məlumatlara əsasən hesabat xarakterli informasiyalarda ölkəyə gətirilən pirotexniki partlayıcı maddələrin idxalı ilə bağlı informasiyalar cəmi 10 faizi ictimayyətə açıqlanır.
Xəbərlərə görə, yaxın dost olan Vüsal Novruzovla Yusif Qədimbəyli arasında çox ilginc biznes münaibətləri var və bu münasibətlər adıçəkilən gömrük məmuru ilə birlikdə asanlıqla «rastlaşdırılır».
1413 dəfə oxundu