Azərbaycanlı nazir və səfir Vyanada toyda - Video və fotolar

Azərbaycanlı nazir və səfir Vyanada toyda -


Bu toyda gəlinin taxdığı tacın 2 milyon avro qiyməti olub. Ötən gün Avstriyanın paytaxtı Vyanada məşhur rusiyalı opera ifaçısı 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovun möhtəşəm toy mərasimi baş tutub.
Toyda bir çox məşhur sima iştirak edib. Onların arasında Azərbaycanın mədəniyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli də olub.
Azərbaycanlı nazir və səfir Vyanada toyda -

Azərbaycanlı rəsmilər mərasimə ailə üzvləri ilə birlikdə qatılıblar.
Azərbaycanlı nazir və səfir Vyanada toyda -

Ötən gün baş tutan mərasimdə Filipp Kirkorov şahid kimi iştirak edib. Toyda İqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo və həmçinin bir çox başqa musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak edib.
Azərbaycanlı nazir və səfir Vyanada toyda -
Azərbaycanlı nazir və səfir Vyanada toyda -

Ümumilikdə toya təxminən iki yüz qonaq dəvət olunub. Anna Netrebko kral ailəsinin taxdığı tacdan taxıb. Kübar cəmiyyətin seçimi olan tacı "Chopard" ifaçıya təqdim edib. Bu tac təxminən 2 milyon avro qiymətindədir.
Azərbaycanlı nazir və səfir Vyanada toyda -

Yusif Eyvazov və Anna Netrebko 2014-ci ilin fevral ayında "Manon Lesko" operasında birgə fəaliyyət zamanı Roma şəhərində tanış olublar. Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük Teatrda və Milan teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir. /Anspress/





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...