Xankəndidəki mağazalarda vitrinlər boşalıb - FOTO

Xankəndidəki mağazalarda vitrinlər boşalıb -

Xankəndidə ərzaq məhsullarının qiyməti sürətlə bahalaşır.
Yeniavaz.com “Civinet”ə istinadən xəbər verir ki, Xankəndidəki separatçı rejimin rəhbərliyi qiymət artımının qarşısını almaq üçün satış məntəqələrində maksimum satış qiyməti müəyyən edib.
Məlumatda bildirilir ki, sahibkarlar satmağı planlaşdırdıqları malların siyahısını “Dövlət Xidmətləri və İqtisadi Rəqabətin Tənzimlənməsi Komissiyası”na təqdim etməlidirlər. Komissiya bazarda onlar üçün maksimum satış qiyməti müəyyən edir. Məhsulu müəyyən olunan qiymətdən yüksək satanlara 500 mindən 1 milyon dramdək (2 200 - 4 400 manat) inzibati cərimə tətbiq edirlər.
“Civinet”in hazırladığı video sujetdən isə Xankəndidə məhsul çatışmazlığı, həmçinin qiymətlərin yüksək olmasından bəhs olunur. Kadrlardan aydın şəkildə görülür ki, mağazalarda vitirinlər boşdur. Satışda yalnız zəruri ərzaq məhsulları satılır.
Mağazaların birindən çəkilən kadralardan görülür ki, satışda olan konfetlərin qiyməti 3500-6000 dram arasında (15-26 manat) dəyişir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...