Akif Səlimovun istefası üçün hərəkat başladıldı

Akif Səlimovun istefası üçün hərəkat başladıldı


Laçının icra başçısına qarşı olanlar Prezident Admnistrasiyasına getməyi planlaşdırırlar

Laçının icra başçısı ilə əhali arasında baş qaldırmış narazılıq artıq hərəkatın yaranmasına gətirib çıxarıb. JAM.AZ xəbər verir ki, Akif Səlimovun idarəçiliyindən ciddi şəkildə narazı olan laçınlılar bununla bağlı ilk addımı atıblar.

Məlumatda vurğulanır ki, narazılar bununla bağlı bir araya gələrək, məsləhətləşmələr aparıblar. İlk olaraq Bakıya, müvafiq dövlət qurumlarına müraciət ediblər ki, görüşmək niyyətindədirlər. JAM.AZ-a daxil olan bilgilərdə qeyd edilir ki, şikayətçilər Akif Səlimovun rayonda bir sıra qanunsuzluqlara yol verdiyini, korrupsiya ilə məşğul olduğuna dair əllərində ciddi məlumatların olduğunu da məktublarına qeyd ediblər. Və görüş zamanı onu təqdim etməyə hazır olduqlarını bildiriblər.

Lakin narazılar bununla da kifayətlənmək fikrində deyillər. Onlar yaxın günlərdə Prezident Admnistrasiyasına üz tutaraq, Bakıya yola düşmək fikrindədirlər. Rayon sakinləri bildirirlər ki, indiyə qədər narazı laçınlılar bu şəkildə birləşməyiblər. Onların sözlərinə görə, Akif Səlimovun hərəkətlərindən bezənlərin bundan başqa yolları qalmayıb.

Son olaraq onu da qeyd edək ki, narazı laçınlılar sonadək gedəcəklərini bildirir və prosesin Akif Səlimovun istefasına kimi davam edəcəyini vurğulayıblar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...