Göyçayda bu idarədə dövlət malı dağıdılır - VİDEO
Göyçay rayon sakinləri tərəfindən GUNDEMİNFO.AZ-a müraciət daxil olub. Rayon sakinləri iddia edirlər ki, Göyçay Suvarma Sistemləri İdarəsində dövlət əmlakı, texnikalar məhv edilir. Eyni zamanda idarədə yanacaq satılır. Texnikaları idarə edən işçilər qeyd edir ki, yeni müdir texnikaları işə çıxarmır. Nəticədə işə çıxmayan texnika sürənləərə əmək haqqı yazılmır.
"Göyçay Suvarma Sistemləri İdarəsində dövlət əmlakı talan edilir. Hər birinin dəyəri 300 min manatdan çox olan ekskavatorlar sıradan çıxarılır. Yanacaq oğurlanaraq açıq-aşkar satılır. Bu gedişlə Orxan Mahmudovun özbaşınalıqları nəticəsində idarə tamamilə məhv olacaq. O, icra başçısı Natiq Ağayevin yaxın adamı və şəxsən özünün vəzifəyə təyin elədiyi kadr olduğuna görə kürəyini möhkəm dağa söykəyirmiş kimi, heç bir haqlı şikayətdən qorxmur. İndidən bu cür, mənəm-mənəm deyirsə, gələcəkdə onun qanunsuzlarının qarşısı almaq əsla mümkün olmayacaq" deyə sakinlər Gundeminfo.az-a yolladıqları müraciətlərində qeyd edirlər.
Müraaciət müəllifləri eyni zamanda Azərbaycan prezidentinə də müraciət yollayırlar: "Biz Göyçay rayon sakinləri olaraq mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən çox xahiş edirik, icra başçısına arxalanan Orxan Mahmudov barəsində ciddi tədbir görülsün. Ümidvarıq ki, indiyədək müdir sarıdan bəxti gətirməyən Göyçay rayon Suvarma Sistemləri İdarəsinə tezliklə layiqli, vicdanlı, vətənpərvər rəhbər təyin olunacaqdır".
GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
311 dəfə oxundu